Aİ-nin Ukraynaya yardımla bağlı fövqəladə sammiti keçiriləcək

Dünya

19.12.2023 - 02:27

cedabet dərman SEO Xidməti

Fövqəladə sammit fevralın 1-də keçiriləcək

Ukraynaya 50 milyard avro yardımın ayrılması üçün 2027-ci ilə qədər çoxillik büdcəyə düzəlişlər üzrə Avropa İttifaqının (Aİ) fövqəladə sammiti keçiriləcək.

AYNA xəbər verir ki, bunu Avropa Şurasının rəhbəri Şarl Mişel deyib.

"Avropa İttifaqının çoxillik büdcə ilə bağlı fövqəladə sammiti fevralın 1-də keçiriləcək. Ukraynaya yardımı təsdiqləmək üçün Macarıstanı razı salmağa bir az daha vaxt lazımdır", - o bildirib.

Qeyd edək ki, dekabrın 14-15-də keçirilən sammitdə Aİ liderləri Ukraynaya 2027-ci ilə qədər 50 milyard avroluq yardım proqramını formalaşdırmaq üçün çoxillik büdcə və Aİ ölkələrinin əlavə töhfələri ilə bağlı razılığa gəlməyiblər. Nəticədə Ş.Mişel 2024-cü ilin əvvəlində bu mövzuda yeni sammitin keçiriləcəyini bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş