Aİ Kiyevə təcili və intensiv dəstək lazım olduğunu elan edəcək

Dünya

19.03.2024 - 22:56

cedabet Klinikalar SEO Xidməti

Aİ nümayəndəsi: "Ukrayna ilə bağlı əsas mesajımız üçyönlü olacaq"

Avropa İttifaqının dövlət və hökumət başçıları martın 21-22-də keçiriləcək sammitdə Ukraynaya təcili və intensiv dəstəyin zəruriliyini bəyan etmək niyyətindədirlər.

AYNA xəbər verir ki, bu barədə Aİ nümayəndəsi Brüsseldə jurnalistlərə bildirib.

“Ukrayna ilə bağlı əsas mesajımız üçyönlü olacaq: yardımımızın təcililiyi və intensivliyi və Ukraynaya dəstək verməkdəki əzmimiz”, - o deyib.

Diplomatın sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsindəki münaqişə və onunla bağlı bütün məsələləri müzakirə etməzdən əvvəl 27 Aİ ölkəsinin liderlərinə videobağlantı vasitəsilə müraciət edəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş