“Aİ-98” markalı benzinin qiyməti qalxdı

Xəbərlər

03.08.2021 - 12:15

Həkimlər Klinikalar SEO Xidməti

“Aİ-98” super markalı benzinin qiyməti 5 qəpik artaraq 1,60 AZN olub

 

“Aİ-98” super markalı benzinin qiymətində dəyişiklik edilib. AYNA xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında “SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli təsdiqləyib.

 

O bildirib ki, ölkədə “Aİ-98” super markalı benzinin qiyməti 5 qəpik artaraq 1,60 AZN olub: “Aİ-98” markalı benzini xarici ölkədən idxal edirik. Məhsulun alış qiymətinin artması onun ölkəmizdə satış qiymətinin artmasına səbəb olub. Mənbə ölkələrdə məhsulun qiyməti artıb”.

 

Qeyd edək ki, “Aİ-98” super markalı benzinin qiyməti 1,55 AZN idi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş