Yaralı Bakıda yerləşən xəstəxanaların birinə çatdırılıb
Ağsu rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. AYNA-nın "Report"a istinadən məlumatına görə, avtomobil idarəetmədən çıxaraq beton maneəyə çırpılıb.
Hadisə zamanı sərnişin, 1970-ci il təvəllüdlü Gülbəniz Ağarıza qızı Kazımova xəsarət alıb.
Yaralı əvvəlcə təcili tibbi yardımın köməkliyi ilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına, sonra isə Bakıda yerləşən xəstəxanaların birinə çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.