Oğurluqda şübhəli bilinən keçmiş məhkum saxlanılıb
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluq etməkdə şübhəli bilinən əvvəllər də məhkum olunmuş Tural Qasımov saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan AYNA-ya bildirilib ki, araşdırma zamanı onun şəhərin bir neçə küçə və prospektində kanalizasiya quyularının qapaqlarını oğurladığı müəyyənləşib.
Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.