Ağsu sakini odlu silah və narkotiklə saxlanıldı

Xəbərlər

17.02.2022 - 12:34

Həkimlər Klinikalar SEO Xidməti

Rayon sakinindən  “Kalaşnikov” götürülüb

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində həyata keçirdikləri tədbir nəticəsində yaşadığı ünvanda qanunsuz odlu silah və narkotik vasitə saxlayan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan AYNA-ya verilən məlumata görə, əvvəllər də narkotiklərin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş rayon sakini Mehman Qəhrəmanov şübhəli şəxs qismində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan qurudulmuş marixuana və tiryək aşkarlanıb. Mehman Qəhrəmanovun şəhər ərazisindəki yaşadığı ünvana baxış zamanı isə 124 qram marixuana və 30 qram tiryək, eləcə də bir ədəd “Kalaşnikov” markalı avtomat aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş