Ağstafada şəhidimizlə vida - <font color=red> VİDEO</font>

Xəbərlər

13.07.2020 - 11:51

Şəhid çavuş son mənzilə yola salınıb

 

Azərbaycan Ordusunun Ermənistanın təxribatı nəticəsində şəhid olan çavuşu Sadıqov Vüqar Lətif oğlu ilə vida mərasimi keçirilib. AyNA xəbər verir ki, şəhidlə vida mərasimi doğulduğu Ağstafa rayonu Yuxarı Göcəli kəndindəki evində keçirilib.

 

Dəfn mərasimində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı və digər dövlət qurumlarının rəsmiləri iştirak ediblər. Bundan sonra şəhidimiz son mənzilə yola salınıb.

 

Qeyd edək ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək, hücuma keçməyə cəhd göstərib.

 

Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları - çavuş Sadıqov Vüqar Lətif oğlu, baş əsgər Məmmədov Elşad Dönməz oğlu, baş leytenant Mahmudov Rəşad Rəşid oğlu, hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu şəhid olub. Allah rəhmət eləsin!

Müəllif: Ayna.az