Ağstafada avtomobillər toqquşub, xəsarət alanlar var

Xəbərlər

12.12.2023 - 20:15

Xəsarət alan iki nəfər xəstəxanaya yerləşdirilib

Ağstafa şəhərində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

AYNA-nın "Report"a istinadən məlumatına görə, "Mercedes" və "Opel" markalı avtomobillərin toqquşması nəticəsində, 1998-ci il təvəllüdlü İslam Məmmədzadə və 1979-cu il təvəllüdlü Tariyel İsgəndərov müxtəlif bədən xəsarətləri alıblar.

Hər ikisi xəstəxanaya yerləşdirilib.

Onların vəziyyəti orta-ağır və kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş