“Test nəticələri ilə bağlı vətəndaşlara yeni SMS-lər göndəriləcək”
“İyunun 25 və 26-da its.gov.az portalından koronavirus testinin nəticələri ilə bağlı vətəndaşlara göndərilən səhv SMS-lərin ümumi statistikaya heç bir təsiri yoxdur”. AYNA xəbər verir ki, bu sözlər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin açıqlamasında qeyd edilib.
Məlumatda bildirilib ki, yanlışlıq sadəcə SMS-lərlə bağlı olub: “SMS-lərin göndərilməsində yanlışlıq isə texniki xəta ilə əlaqədardır. İyulun 27-dən başlayaraq test nəticələri ilə bağlı vətəndaşlara yeni SMS-lər göndəriləcək”.
Qeyd edək ki, agentliyin iyulun 25-i və 26-da vətəndaşlara göndərilən SMS-lərdə texniki səbəbdən səhv olması ilə bağlı açıqlamasından sonra sosial şəbəkələrdə baş verən yanlışlığın ümumi statistikaya təsiri haqqında iddialar yer alıb.