Sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Tərtər rayonunun Şıxarx qəsəbəsində fəaliyyət göstərən və Vəfa Əsəd qızı Nəbiyevaya məxsus olan “Ağdərə” restoranında yoxlama keçiriblər. AYNA.AZ xəbər verir ki, bu barədə AQTA-dan bildirilib.
Qeyd olunub ki, baxış zamanı restoranda istehlaka təqdim olunan “Banketnaya” əmtəə nişanlı alkoqollu içkilərin saxta olduğu və mənşəyi məlum olmayan spirtdən hazırlandığı müəyyən edilib. Məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laborotoriyasına təqdim olunub.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib, məhsullar satışdan kənarlaşdırılıb. Araşdırmalar davam etdirilir.