Ağdaşda ağır yol qəzasında 3 nəfər ölüb

Hadisə

17.03.2024 - 02:45

Yol qəzasında ölənlərin şəxsiyyəti məlum olub 

Ağdaşda 3 yük avtomobilinin toqquşması nəticəsində 3 nəfər ölüb. AYNA “Report”a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Orta-Ləki kəndindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, iki “Ford” markalı yük maşını ilə “ATEGO” markalı yük avtomobili toqquşub.

Nəticədə Qarayev Yaşar Maarif oğlu, Qəbələ rayon sakinləri Əliyev Rəşad Ədalət oğlu və 1980-ci il təvəllüdlü Ağammədov Yasin Sədiyar oğlu dünyasını dəyişib, 1989-cu il təvəllüdlü Ağəmmədov Teymur Yarəməd oğlu isə ağır bədən xəsarətləri alıb.

Yaralı dərhal təcili tibbi yardım maşınının köməkliyi ilə Ağdaş rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hazırda hüquq mühafizə orqanı əməkdaşları hadisə yerindədirlər. Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az