Ağdamda tibb işçiləri arasında kütləvi zəhərlənmə olub

Hadisə

09.08.2022 - 15:43

Həkimlər Klinikalar SEO Xidməti

Dezinfeksiya işləri ilə bağlı 12 nəfər yüngül dərəcədə zəhərlənib

Ağdam Rayon Mərkəzi Xəstəxanasında baş verən zəhərlənmə ilə bağlı prokurorluqda araşdırma aparılır. AYNA xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Qeyd edilib ki, Ağdam Rayon Mərkəzi Xəstəxanasında aparılan dezinfeksiya işləri ilə bağlı 12 nəfər yüngül dərəcədə zəhərlənib. Faktla bağlı araşdırma aparılır.

Bu gün Ağdam Rayon Mərkəzi Xəstəxanasının 12 əməkdaşı zəhərlənmə diaqnozu ilə xəstəxananın Qəbul şöbəsinə yerləşdirilib. Bu barədə isə TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, onların hər birinin vəziyyəti stabil olaraq qiymətləndirilir. Hazırda müalicələri davam etdirilir, onların vəziyyəti TƏBİB rəhbərliyinin nəzarətindədir. Zəhərlənmənin səbəbi araşdırılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş