Hadisə rayonun Sarıcalı kəndində qeydə alınıb
Ağcabədi rayonunda maşın piyadanı vuraraq hadisə yerindən qaçıb.
AYNA-nın APA-ya istinadən xəbərinə görə, hadisə rayonun Sarıcalı kəndində qeydə alınıb.
Piyada, 1999-cu il təvəllüdlü Əhmədov İsmayıl Adil oğlu aldığı xəsarətlər səbəbindən Bərdə Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Polis əməkdaşları hadisəni törədən şəxsin axtarış əməliyyatlarına başlayıb.
Xəsarət alan şəxsin vəziyyətinin ağır olduğu deyilir.