Ağcabədidə heyvan bazarı fəaliyyətə başlayıb

Xəbərlər

25.01.2026 - 21:04

Bazarın ərazisinə asfalt-beton örtük salınıb: heyvanların satışı üçün çardaqlar qurulub

Ağcabədi rayonunun Rəncbərlər kəndi ərazisindəki heyvan satışı bazarı fəaliyyətə başlayıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin dövlət nəzarəti və təqdim etdiyi eskiz layihə əsasında yenidənqurma və abadlaşdırma işləri aparılan bazarda iri və xırdabuynuzlu heyvanların ticarəti təşkil edilib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, bazarın giriş və çıxışında dezbaryerlər qurulub, yem anbarı, baytarlıq nəzarətinin həyata keçirilməsi üçün məntəqə, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib.

Bazarın ərazisinə asfalt-beton örtük salınıb, heyvanların satışı üçün çardaqlar qurulub. Bundan başqa heyvanların avtomobillərə yüklənib boşaldılması üçün rampalar, tullantıların atılması üçün xüsusi təmin edilib. Aparılan qiymətləndirmə nəticəsində heyvan bazarında bioloji təhlükəsizlik və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən edilib.

Qeyd edək ki, bundan əvvəl İmişli, Şamaxı, Göyçay, Salyan, Göygöl və Bərdədəki heyvan bazarları fəaliyyətə başlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş