Ağcabədi sakini qətlə yetirilib

Hadisə

13.05.2024 - 13:32

Həkimlər Klinikalar SEO Xidməti

Hazırda faktla bağlı araşdırma aparılır

Ağcabədi rayonunda qətl törədilib. AYNA Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin DİN Bərdə regional qrupuna istinadən xəbər verir ki, hadisə mayın 11-i saat 23 radələrində baş verib.

1984-cü il təvəllüdlü Rauf Həsənovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. Polisin keçirdiyi tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1984-cü il təvəllüdlü Tural Əhmədov saxlanılıb.

İlkin məlumata görə hadisə şəxsi münasibətlər zəminində baş verib. Hazırda faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş