Ağ Ev yaxınlığındakı atışmada yaralanan əsgərlərdən biri vəfat edib

Dünya

28.11.2025 - 11:06

Donald Tramp: “Digər yaralı əsgər həyatı uğrunda mübarizə aparır”

ABŞ Prezidenti Donald Tramp çərşənbə günü Vaşinqtonda baş verən atışmada yaralanan Milli Qvardiya əsgərlərindən birinin vəfat etdiyini açıqlayıb. AYNA.AZ xəbər verir ki, bu barədə Tramp əsgərlərə “Şükran Günü” münasibətilə müraciətində deyib.

"Qərbi Virciniyadan olan Sara Bekstrom, haqqında danışdığımız Qvardiya əsgərlərindən biri, çox hörmətli, gənc, parlaq bir şəxs, 2023-cü ilin iyun ayında xidmətə başlayan, hər cəhətdən üstün olan hərbçimiz vəfat etdi", - deyə Prezident qeyd edib.

Tramp vurğulayıb ki, digər yaralı əsgər həyatı uğrunda mübarizə aparır: "Çox pis vəziyyətdədir, həyatı uğrunda mübarizə aparır və ümid edirik ki, onun haqqında daha yaxşı xəbərlər alacağıq".

Trampın sözlərinə görə, Vaşinqtondakı hadisələr ABŞ-ın "ölkəmizə daxil olan və orada qalan insanlar üzərində tam nəzarəti təmin etməkdən daha yüksək milli təhlükəsizlik prioriteti olmadığını" xatırladır.

Qeyd edək ki, üç gün əvvəl Ağ Evin yaxınlığında atışma baş verib. Hücum nəticəsində iki ABŞ Milli Qvardiya əsgəri ağır yaralanıb.

Tramp Milli Qvardiya əsgərlərini ağır yaralayan "heyvana” bunun çox baha başa gələcəyini bildirib. Bir gün əvvəl xalqa müraciətində o hökumətin miqrantları deportasiya etmək səylərini ikiqat artıracağına söz verib.

Pentaqon katibi Pit Heqset əvvəllər Trampın hadisədən sonra paytaxta əlavə 500 Milli Qvardiya əsgəri göndərməyi əmr etdiyini açıqlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş