Ağ Ev Nobel Sülh Komitəsinin qərarına reaksiya verib

Dünya

10.10.2025 - 21:04

“Nobel Komitəsi onlar üçün siyasətin sülhdən daha vacib olduğunu sübut etdi"

Vaşinqton Nobel Komitəsinin ABŞ Prezidenti Donald Trampa Sülh Mükafatını verməmək qərarına reaksiya verib. AYNA.AZ xəbər verir ki, bu barədə Ağ Ev rəsmi bəyanat yayıb.

"Amerika Prezidenti bütün dünyada sülh sazişləri bağlamağa, müharibələrə son qoymağa və insanların həyatını xilas etməyə davam edəcək. Nobel Komitəsi onlar üçün siyasətin sülhdən daha vacib olduğunu sübut etdi", - deyə vurğulanıb.

Qeyd edək ki, Venesuela müxalifətinin lideri Maria Korina Maçadon 2025-ci il Nobel Sülh Mükafatının qalibi olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş