“Karvan-Yevlax”, “Kəpəz” və “Turan” cərimalənib
AFFA İntizam Komitəsi 3 klubu cərimələyib. AYNA.AZ xəbər verir ki, bu barədə AFFA-nın məlumatında qeyd edilib.
Bildirilib ki, Misli Premyer Liqasının XVIII turunda “Karvan-Yevlax” “Sumqayıt”la, “Kəpəz” isə “Şamaxı” ilə matçda Əsasnamənin 9-cu maddəsinin 4-cü bəndinin tələblərini pozduqlarına görə hərəsi 1000 manat cərimə edilib.
Bundan başqa, oyun bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğu və bu hal cari mövsümdə 2-ci dəfə yaşandığı üçün Gəncə təmsilçisi daha 5000 manat ziyana düşüb.
Həmçinin “Qarabağ”la qarşılaşmada “Turan Tovuz”da 6 nəfər sarı vərəqə aldığı üçün komanda 700 manat ödəyəcək.