Azərbaycan paraatletləri iki qızıl medal qazanıblar

İdman

19.04.2021 - 02:26

Kamil Əliyev "Tokio-2020" Yay Paralimpiya Oyunlarına lisenziyasını artıq təmin edib

 

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin (AMPK) atletika idman növü üzrə idmançıları İtaliyanın Cesolo şəhərində keçirilən dünya Qran-Prisində uğurla çıxış ediblər.

 

AMPK-dan AYNA-ya bildirilib ki, turnirdə T12 kateqoriyasında iştirak edən Kamil Əliyev uzunluğa tullanma növündə 6,98 metr nəticə göstərərək qızıl medal qazanıb.

 

Millimizin digər üzvü, T13 kateqoriyasında mübarizə aparan Orxan Aslanov uzunluğa tullanma yarışlarında 6,78 metrlik nəticə ilə bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

Qeyd edək ki, Kamil Əliyev "Tokio-2020" Yay Paralimpiya Oyunlarına lisenziyasını artıq təmin edib. Orxan Aslanov isə Paralimpiadaya lisenziya qazanmaq şansını artırıb.

Müəllif: Ayna.az