Mərkəzi Seçki Komissiyasının iclasında qərar qəbul edilib
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Milli Məclis sədrinin müavini Adil Əliyevin deputat səlahiyyətlərinə xitam verilməsi məsələsi müzakirəyə çıxarılıb.
AYNA xəbər verir ki, məsələ barədə MSK katibi Arifə Muxtarova məlumat verib.
Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin dünən imzaladığı sərəncamla Adil Əliyev Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.