Adil Əliyev Ukraynaya səfər edəcək

Xəbərlər

23.08.2021 - 10:54

Səfər avqustun 25-də başa çatacaq

 

Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev Ukraynanın müstəqilliyinin 30 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün avqustun 24-də ölkənin paytaxtı Kiyev şəhərinə səfər edəcək.

 

Milli Məclisin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsindən AYNA-ya verilən məlumata görə, tədbirlərdə müxtəlif ölkələrin və bir sıra beynəlxalq təşkilatların nümayəndə heyətləri iştirak edəcəklər.

 

Səfər avqustun 25-də başa çatacaq.

Müəllif: Ayna.az