Açıq havada toyların keçirilməsi məsələsi müzakirə olunur - <font color=red> RƏSMİ</font>

Cəmiyyət

15.06.2021 - 12:55

Həkimlər Klinikalar SEO Xidməti

Şahmar Mövsümov: “Ölkədə vəziyyət daha da yaxşılaşmaya doğru gedir”

 

“Açıq hava şəraitində toyların keçirilməsi müzakirə olunur”. AYNA xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

 

Ş. Mövsümov bildirib ki, hazırda COVID-19 infeksiyası ilə bağlı Azərbaycanda vəziyyət stabildir: “Ölkədə vəziyyət daha da yaxşılaşmaya doğru gedir. Bununla belə, ölkəmizdən fərqli olaraq, dünyada koronavirusla bağlı vəziyyət ürəkaçan deyil. Bəzi ölkələrdə pandemiyanın ikinci, üçüncü dalğası başlayıb. Buna görə də müzakirələrə ümumi vəziyyət nəzərə alınaraq aparılır”.

 

Prezidentin köməkçisi qeyd edib ki, açıq hava şəraitində müəyyən sayda insanın iştirakı ilə toy mərasimlərinin keçirilməsi ehtimalı var: “Bununla bağlı da müzakirələr davam etdirilir”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş