Bakı-Sabunçu qatarından istifadə edənlərin nəzərinə!

Cəmiyyət

19.11.2019 - 00:47

 Qatarlarının hərəkəti texniki səbəblərə görə dayandırılacaq

 

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) sərnişinlərə müraciət edib. Qurumun mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, noyabrın 19-da səhər saatlarından 16:30-dək Bakı-Sabunçu, Sabunçu -Bakı istiqamətində elektrik qatarlarının hərəkəti texniki səbəblərə görə dayandırılacaq.

 

“Sərnişinlərdən alternativ ictimai nəqliyyat vasitələrindən istifadə etmələri xahiş olunur” deyə, məlumatda qeyd olunub.

 

Müəllif: Ayna.az