“Stratofortress” bombardmançı təyyarəsi böyük modernləşdirmədən keçir
ABŞ B-52 “Stratofortress” bombardmançı təyyarəsi böyük modernləşdirmədən keçir. Lakin yenilənmiş B-52J modeli təxminən on ildən sonra buraxılacaq. AYNA xəbər verir ki, bu barədə “The National Interest” yazıb.
“Təkmilləşdirilmiş B-52J ABŞ-ın strateji əməliyyatları üçün həyati əhəmiyyət kəsb edəcək və Amerika aviasiyasının flaqmanı olaraq qalacaq", - yazıda vurğulanıb.