“USS George H.W. Bush” İrana qarşı döyüş əməliyyatlarında iştirak etmək üçün Yaxın Şərqə göndəriləcək
Üçüncü Amerika təyyarədaşıyan gəmisi olan “USS George H.W. Bush” İrana qarşı döyüş əməliyyatlarında iştirak etmək üçün Yaxın Şərqə göndəriləcək. AYNA.AZ xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.
Gəmi bu yaxınlarda Şimali Karolina ştatının Hatteras burnu yaxınlığında təlimləri başa vurub və tezliklə Atlantik okeanını keçəcəyi gözlənilir. Gəmi şərqi Aralıq dənizinə göndəriləcək.
ABŞ komandanlığı artıq “USS Abraham Lincoln” və “USS Gerald R. Ford” təyyarədaşıyan gəmilərini Yaxın Şərqə göndərib.
İki gün əvvəl İran Hərbi Dəniz Qüvvələrinin “Abraham Lincoln” təyyarədaşıyan gəmisini vurduğu bildirilib.