ABŞ vətəndaşlarını İrana getməməyə çağırıb

Dünya

08.01.2026 - 19:47

“Öz təhlükəsizliyinizi qorumaq üçün heç bir vəchlə İrana səfər etməyin”

ABŞ Dövlət Departamenti ABŞ vətəndaşlarını İrana səfər etməməyə çağırıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, çağırış Dövlət Departamentinin “X” səhifəsində yerləşdirilib.

Çağırışda ABŞ-ın Tehranda səfirliyinin olmadığı, eyni zamanda, ABŞ vətəndaşlarının terrorizm, iğtişaşlar, adam oğurluğu və ədalətsiz həbslər də daxil olmaqla, İranda ciddi risklərlə üzləşdikləri xatırladılıb.

“Öz təhlükəsizliyinizi qorumaq üçün heç bir vəchlə İrana səfər etməyin”, - çağırışda vurğulanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş