ABŞ Venesuela sahillərinə hərbi gəmilər göndərib

Dünya

28.08.2025 - 14:39

Gəmilərdə 4,5 mindən çox ABŞ hərbçisi var

ABŞ Venesuela sahillərinə Hərbi Dəniz Qüvvələrinə məxsus səkkiz gəmi göndərib. AYNS.AZ xəbər verir ki, bu barədə “Financial Times” məlumat verib.

Nəşrin məlumatına görə, gəmilərdə 4,5 mindən çox ABŞ hərbçisi var.

Məqalədə qeyd olunub ki, bölgədə bu cür hərbi gəmilərin artırılması nadir haldır.

Qeyd edək ki, bu yaxınlarda ABŞ Venesuela Prezidenti Nikolas Maduronun həbsində kömək edə biləcək məlumatlar üçün mükafatı 50 millyon dollara yüksəldib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş