Dəniz təhlükəsizliyi qrupları vertolyotla “Bella 1”ə minməyə cəhd edə bilərlər
ABŞ Sahil Mühafizəsi Venesuela ilə əlaqəli olan üçüncü neft tankeri olan “Bella 1”i ələ keçirməyə cəhd edə bilər, lakin əlavə qüvvələr gözləyir. AYNA.AZ “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ABŞ rəsmisinə və məsələ ilə tanış olan mənbə bildirib.
Məlumatda deyilir: "ABŞ Sahil Mühafizəsi bazar günündən bəri izlədiyi Venesuela ilə əlaqəli neft tankerinə minməyə və ələ keçirməyə cəhd etməzdən əvvəl əlavə qüvvələrin gəlməsini gözləyir".
Həmçinin tankerin heyətinin Sahil Mühafizəsi heyətinin gəmiyə minməsinə icazə verməkdən imtina etdiyi bildirilir. Buna görə də, dəniz təhlükəsizliyi qrupları vertolyotla “Bella 1”ə minməyə cəhd edə bilərlər.