“Bu neft bazar dəyəri ilə satılacaq və mən, pulun Venesuela və ABŞ xalqlarının rifahı üçün istifadə olunmasına nəzarət edəcəyəm”
Karakas və Vaşinqton ABŞ-a Venesuela neftinin ümumi dəyəri 2 milyard dollar olan ixracı barədə razılığa gəliblər. AYNA.AZ xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social”da yazıb.
"Venesuelanın müvəqqəti hakimiyyət orqanlarının ABŞ-a 30-50 milyon barel yüksək keyfiyyətli, sanksiyalı xam neft köçürəcəyini elan etməkdən məmnunam. Bu neft bazar dəyəri ilə satılacaq və mən, ABŞ Prezidenti kimi, bu pulun Venesuela və ABŞ xalqlarının rifahı üçün istifadə olunmasını təmin etmək üçün nəzarət edəcəyəm. Mən ABŞ Energetika Naziri Kris Rayta bu planı dərhal həyata keçirməyi tapşırmışam", - deyə Tramp əlavə edib.
Tramp neftin ABŞ limanlarına çatdırılacağını qeyd edib.