ABŞ və üç Avropa ölkəsi İranla bağlı qətnamə layihəsini MAQATE-yə təqdim edib

Dünya

19.11.2025 - 11:29

Layihənin bu gün qəbul edilməsi ehtimalı yüksəkdir

ABŞ və “Aİ3” (Fransa, Almaniya və Birləşmiş Krallıq) Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) İdarə Heyətinə İranın nüvə obyektlərinə və zənginləşdirilmiş uran ehtiyatlarına giriş tələb edən qətnamə layihəsi təqdim ediblər. AYNA.AZ xəbər verir ki, “Reuters” bu barədə mənbələrə istinadən məlumat yayıb.

Mənbələrə görə, layihənin 19 noyabrda (bu gün) qəbul edilməsi ehtimalı yüksəkdir.

16 noyabrda İran xarici işlər nazirinin müavini Səid Xətibzadə Tehranın artıq “Aİ3” ilə İranın nüvə proqramı ilə bağlı məsələləri müzakirə etmək niyyətində olmadığını bildirdi. O bu qərarın Fransa, Almaniya və Birləşmiş Krallığın BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalarını bərpa edəcək geri çəkilmə mexanizmini işə salmağa cəhd etməsindən sonra verildiyini bildirdi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş