“İranın nüvə obyektlərinə zərbələr endirdikdən sonra biz indi elə bir nöqtədəyik ki...”
ABŞ və İran Amerikanın İranın nüvə obyektlərinə zərbələrindən sonra mümkün razılaşmanı müzakirə edirlər. AYNA.AZ xəbər verir ki, bu barədə “Fox News”a ABŞ Prezidenti Donald Tramp deyib.
“İranın nüvə obyektlərinə zərbələr endirdikdən sonra biz indi elə bir nöqtədəyik ki, razılaşmanı müzakirə edirik. Bu, çox fərqli İrandır", - deyə o, Tehran və Vaşinqton arasında hansı razılaşmanı nəzərdə tutduğunu açıqlamayıb.
Qeyd edək ki, 2025-ci ildə İran-ABŞ nüvə danışıqlarının beş raundu heç bir razılaşma olmadan başa çatıb.