“Yeraltı anbar və raket qurğularının yerləşdiyi yerlər vurulub”
ABŞ və Böyük Britaniya silahlı qüvvələri Yəmənə husilərin mövqelərinə yenidən zərbələr endiriblər. AYNA xarici mediaya istinadən bildirir ki, bu bu barədə ölkələrin birgə bəyanatında qeyd olunub.
Bildirilib ki, dövlətlər öz hökumətlərinin göstərişi və Avstraliya, Bəhreyn, Kanada və Hollandiyanın dəstəyi ilə husilərin 8 hədəfinə zərbə endiriblər.
Bəyanatda hərbçilərin “əlavə proporsional və zəruri zərbələr” həyata keçirdiyi qeyd olunub.
Hücumun məqsədinin husilərin gəmilərə hücum imkanlarını azaltmaq olduğu vurğulanıb.
“Yeraltı anbar və raket qurğularının yerləşdiyi yerlər vurulub”, - deyə məlumatda bildirilib.
Britaniya Kral Hərbi Hava Qüvvələrinin təyyarələrinin Səna aerodromunun yaxınlığındakı iki hərbi obyektdə bir neçə hədəfi vurmaq üçün “Paveway 4” dəqiq idarə olunan bombalarından istifadə edildiyi açıqlanıb.