Hərbi Hava Qüvvələri Yəmənin iki vilayətində husilərə qarşı 15 zərbə endirib
Qərb ölkələri husilərin nəzarətində olan Yəmən ərazilərinə yenidən hava zərbələri endiriblər - ABŞ və Britaniya Hərbi Hava Qüvvələri son 24 saat ərzində Yəmənin qərbi və şimal-qərbindəki Hodeyda və Saada əyalətlərində “Ənsar Allah” hədəflərinə 15 zərbə endirib. AYNA xəbər verir ki, bu barədə husilərin nəzarətində olan “Al Masirah” telekanalı məlumat yayıb.
“Amerika və Britaniya təyyarələri əyalətə 11 zərbə endirib, o cümlədən Hodeyda şəhərinin şimalındakı Əl-Salif rayonundakı Ras İsa bölgəsinə səkkiz, şimal-şərqdəki Əl-Zeydiyyə bölgəsinə isə üç zərbə həyata keçirib”, Hudeyda şəhərinin nümayəndəsi bildirib.
Qeyd edək ki, fevralın 3-də ABŞ və Britaniya Yəməndə husilərin ən azı 10 hədəfinə zərbələr endirib və nəticədə 30 hədəf vurulub. Amerika administrasiyasındakı mənbə qeyd edib ki, hədəflər arasında nəzarət və kommunikasiya mərkəzləri, yeraltı arsenal, həmçinin husi silahları üçün yerlər var.