ABŞ Ukraynaya yeni PUA-lar verməyi planlaşdırır

Dünya

30.07.2022 - 06:14

Ehtiyat hissələri mümkün qədər böyük həcmdə tədarük ediləcək

ABŞ hərbçiləri avqustda Ukraynaya sovet hərbi təyyarələri üçün ehtiyat hissələri və “Phoenix Ghost” PUA-ları verməyi planlaşdırır.

AYNA-nın xəbərinə görə, bu barədə yerli mətbuata Pentaqondan bildirilib.

 

Bildirilib ki, ABŞ tərəfi sözügedən ehtiyat hissələrini mümkün qədər böyük həcmdə tədarük etməyə çalışır. Gələn ay isə Kiyevə yeni “Phoenix Ghost” PUA-ları tədarük olunacaq.

Müəllif: Ayna.az