ABŞ Ukraynaya silah tədarükünü artırır

Dünya

31.08.2025 - 15:03

"Biz Ukraynaya zərbələri daha dərinə endirmək üçün vasitələr veririk”

ABŞ Prezidenti Donald Trampın administrasiyası Ukraynaya hərbi yardımı artırır, Rusiya ərazisinə dərin zərbələr endirməyə qadir silahlarla təmin edir. AYNA.AZ bildirir ki, bu barədə ABŞ-ın NATO-dakı səfiri Metyu Uitaker “Fox News” telekanalında bildirib.

"Biz Ukraynaya zərbələri daha dərinə endirmək üçün vasitələr veririk. Və çox güman ki, ukraynalılar onlardan istifadə edəcəklər", - diplomat vurğulayıb.

Onun sözlərinə görə, artıq Ukraynaya təxminən bir milyard dollar dəyərində yeni silah partiyası göndərilib. Bundan əlavə, Vaşinqton Kiyevi NATO müttəfiqləri hesabına aylıq daha bir milyard dollar dəyərində təchizatla təmin edir.

"Prezident Tramp ilk növbədə Ukraynanın özünü müdafiə etməyə davam edə bilməsindən narahatdır. Zərbə potensialının gücləndirilməsi həm də hücum hərəkətlərinə kömək edəcək", - Uitaker qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş