Vaşinqton BMT sənədinə birgə müəlliflikdən imtina edib
ABŞ BMT-nin Ukraynaya təcavüzünün 3-cü ildönümü ilə bağlı bu ölkəniin ərazi bütövlüyünü müdafiə edən və Rusiyadan qoşunlarını geri çəkməsini tələb edən qətnamə layihəsinə birgə müəlliflikdən imtina edir. AYNA xəbər verir ki, bu barədə "Reuters" diplomatik mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, bu, Ukraynanın ən nüfuzlu Qərb müttəfiqinin mövqeyində böyük dəyişiklik ola bilər.
Vaşinqton həmçinin “Yeddilik” ölkələrinin gələn həftə yaymağı planlaşdırdığı bəyanatda Rusiyanın təcavüzünü pisləyən ifadəyə etiraz edir.
ABŞ-ın 2022-ci ilin fevralından bəri BMT və G7 tərəfindən müntəzəm olaraq istifadə edilən dillə razılaşmaqdan imtina etməsi Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasında genişlənən fikir ayrılığı fonunda baş verir.