Müqavilə çərçivəsində istehsal olunan sursatın ilk partiyası mart ayında təhvil verilməlidir
ABŞ hökuməti Ukrayna ordusu üçün 522 milyon dollar dəyərində artilleriya sursatlarının istehsalına dair sərəncam verib. AYNA xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilir ki, bu sərəncam iki müdafiə konserninə verilib: “Northrop Grumman Systems” və “Global Military Products”. Müqavilə çərçivəsində istehsal olunan sursatın ilk partiyası mart ayında təhvil verilməlidir.
Bundan əvvəl, fevralın 13-də NATO-nun baş katibi Yens Stoltenberq qeyd etmişdi ki, Ukrayna ordusu hazırda Qərbdə istehsal oluna biləndən xeyli çox sursat istehlak edir.
“Ukrayna ordusunda sursat istehlakının hazırkı səviyyəsi bizim hazırkı istehsal göstəricilərimizdən dəfələrlə çoxdur. Bu, müdafiə sənayemizə təzyiq edir. Buna görə də biz hasilatı artırmalı və istehsal gücünə sərmayə qoymalıyıq”, - Stoltenberq vurğulamışdı.