“Türkiyə bizə Amerika texnologiyasının Rusiyaya qeyri-qanuni axınının qarşısını almağa kömək etməlidir”
ABŞ Ticarət Departamentinin köməkçisi Metyu Akselrod Türkiyə rəsmilərini “Amerika texnologiyasının qeyri-qanuni axınını dayandırmağa” çağırıb. Vaşinqton sanksiyalar tətbiq edə bilər. AYNA xəbər verir ki, bu barədə “Financial Times” yazır.
Akselrod Ankara və İstanbulda Türkiyə rəsmiləri ilə görüşdüyünü bildirib. O, Amerika mallarının, o cümlədən çiplərin ticarətinə ixrac nəzarətini gücləndirməyi xahiş edib.
“Türkiyə bizə Amerika texnologiyasının Rusiyaya qeyri-qanuni axınının qarşısını almağa kömək etməlidir”, - deyə o, əlavə edib və bildirib ki, əks halda ABŞ-ın yalnız bir yolu qalacaq: sanksiyalar tətbiq etmək.