Gözlənilən çatdırılma müddəti fevralın sonu ilə martın əvvəli arasındadır
Yaxın həftələrdə Tayvana Amerika istehsalı olan 28 ədəd M1A2T “Abrams” tankı çatdırıla bilər. AYNA.AZ-ın məlumatına görə, "Taipei Times" qəzeti mənbəsinə istinadən xəbər verir ki, çatdırılma mart ayından əvvəl baş tuta bilər.
Mənbə qeyd edib ki, adanın hərbçiləri "tankların Tayvana yük gəmiləri ilə çatdırılmasını mümkün qədər tez təşkil edirlər". Gözlənilən çatdırılma müddəti fevralın sonu ilə martın əvvəli arasındadır.
M1A2T, Amerika M1 “Abrams” tankının yeni bir variantıdır. Vaşinqton 2019-cu ildə Taybeyə bundan 108-nin satışını təsdiqləyib. Ada artıq 80 tank alıb: 2024-cü ilin dekabrında 38, 2025-ci ilin iyulunda isə 42 tank.