Bu, Tramp administrasiyasının Ağ Evə qayıtmasından bəri Tayvana ikinci silah satışı elanıdır
ABŞ hökuməti Tayvana HIMARS raket sistemləri, tank əleyhinə raketlər və dronlar da daxil olmaqla, ümumi dəyəri 11,1 milyard dollar olan bir neçə silah paketinin satışını təsdiqlədiyini açıqlayıb. AYNA.AZ xəbər verir ki, bu barədə “Focus Taiwan” xəbər portalı məlumat yayıb.
Bildirilib ki, bu, Tramp administrasiyasının Ağ Evə qayıtmasından bəri Tayvana ikinci silah satışı elanıdır.
Səkkiz silah paketinin siyahısına M109A7 haubitsaları, HIMARS raket sistemləri, TOW 2B tank əleyhinə raket sistemləri, pilotsuz uçuş aparatları və FGM-148 Javelin tank əleyhinə raket sistemləri daxildir.