CENTCOM Deyr əz-Zor əyalətinə dəqiq hava zərbəsi ilə “Mahmud” kod adlı Əbu Yusifi zərərsizləşdirib
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Suriyanın Deyr əz-Zor əyalətinə dəqiq hava zərbəsi ilə İŞİD lideri “Mahmud” kod adlı Əbu Yusifi zərərsizləşdirib. AYNA xəbər verir ki, bu barədə məlumatı CENTCOM yayıb.
Bildirilib ki, dekabrın 19-da ABŞ Mərkəzi Komandanlığı qüvvələrinin Suriyanın Deyr əz-Zor əyalətində İŞİD lideri Əbu Yusifə dəqiq hava zərbəsi endirib. Nəticədə Əbu Yusif də daxil olmaqla iki İŞİD üzvü öldürülüb.
Hava hücumu əvvəllər Suriya rejimi və Rusiya qüvvələrinin nəzarətində olan bölgəyə edilib.