ABŞ səfirliyindən azərbaycanlılara viza verilməsinin dayandırılması barədə AÇIQLAMA

Xəbərlər

15.01.2026 - 15:21

“ABŞ-ın Azərbaycan vətəndaşları üçün bütün viza növlərini dayandırdığına dair məlumat həqiqəti əks etdirmir”

“Yerli mediada ABŞ-ın 75 ölkənin, o cümlədən Azərbaycanın vətəndaşları üçün bütün viza növlərini dayandırdığı iddiası ilə bağlı məqalələrin yayımlandığını müşahidə etmişik”. AYNA.AZ xəbər verir ki, bu sözlər ABŞ-ın Azərbaycandakı səfirliyinin yaydığı məlumatda əksini tapıb.

“Bildiririk ki, bu məlumat həqiqəti əks etdirmir: sözügedən fasilə yalnız immiqrant (daimi yaşayış) vizalarına aiddir və turist, işgüzar səfər, tələbə və mübadilə proqramları üzrə qeyri-immiqrant viza müraciətlərinə şamil edilmir. ABŞ-ın Bakıdakı səfirliyində qeyri-immiqrant viza müraciətlərinin qəbulu davam edir”, - açıqlamada qeyd olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş