ABŞ səfiri Şuşaya gedib

Xəbərlər

06.05.2024 - 14:53

“Bu gün səfir Libbi xanımı Danusia ilə birlikdə Füzuli və Şuşa şəhərlərinə səfər edib”

ABŞ səfiri Mark Libbi Şuşaya gedib. AYNA xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb.

Qeyd edilib ki, bu gün səfir Libbi xanımı Danusia ilə birlikdə Füzuli və Şuşa şəhərlərinə səfər edib: “Səfər zamanı səfir hökumət nümayəndələri ilə görüşməyi, xanımı ilə birlikdə Şuşa qalası, Xurşidbanu Natəvanın evi, Xan qızı bulağı, Vaqif məqbərəsi ilə tanış olmağı və Cıdır düzünü gəzməyi və səfirliyin dəstəklədiyi ingilis dili proqramında iştirak edən yerli təhsil işçiləri ilə görüşməyi planlaşdırır”.

Müəllif: Ayna.az