ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirir

Dünya

29.06.2022 - 07:16

şəxsi sanksiyalar siyahısında 57 nəfərin adı var

ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı sanksiyaları genişləndirdiyini açıqlayıb. AYNA xarici mediaya istinadən bildiri ki, sanksiya siyahısına Rusiyanın keçmiş müdafiə naziri Anatoli Serdyukov həyat yoldaşı və uşaqları ilə birlikdə, həmçinin Müdafiə Nazirliyinin keçmiş aparat rəhbəri Yevgeniya Vasilyeva və teleaparıcı Tina Kandelaki daxil edilib.

Ümumilikdə, şəxsi sanksiyalar siyahısında 57 nəfərin adı var.

Bununla yanaşı, ABŞ Dövlət Departamenti də 45 müəssisə və 29 fiziki şəxsə qarşı sanksiyalar tətbiq edib.

“Qara siyahı”ya düşən şirkətlər arasında “Rostex”, “KamAZ”, “Tupolev” də var.

Müəllif: Ayna.az