“Tədbir Birləşmiş Ştatların düşmənlərinə aydın mesaj göndərmək məqsədi daşıyır”
ABŞ Rusiya-Çin dəniz təlimləri, o cümlədən uzaq mənzilli raketləri olan HIMARS buraxılış qurğusu ilə əlaqədar Alyaskanın cənubundakı Aleut adalarına 11-ci hava-desant diviziyasının elementləri və müxtəlif silahlar yerləşdirib. AYNA xəbər verir ki, bu barədə “Business Insider” yazıb.
Bildirilib ki, diviziya komandiri general-mayor Cozef Hilbertin sözlərinə görə, tədbir Birləşmiş Ştatların düşmənlərinə aydın mesaj göndərmək məqsədi daşıyır.
“Bu, ABŞ Ordusunun məharətlə və xəbərdarlıq etmədən aktivləri hətta ən ucqar yerlərə köçürməyə qadir olduğunu nümayiş etdirir”, o vurğulayıb.
ABŞ-ın təlimlərində 130 hərbçi iştirak edir. Şemya adasında da təlimlər keçirilir - burada ABŞ Hərbi Hava Qüvvələrinin hərbi bazası və aerodromu var.