Görüşdə Minsk Qrupunun amerikalı həmsədri Andrev Şofer də iştrirak edib
ABŞ dövlət katibi müavininin Cənubi Avropa və Qafqaz siyasəti üzrə köməkçisi Erika Olson İrəvanda Ermənistan rəsmiləri ilə Qarabağdakı vəziyyəti müzakirə edib.
AYNA erməni mediasına istinadən bildirir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, XİN-də keçirilən görüşdə Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupunun həmsədrlik mandatı çərçivəsində hərtərəfli həll olunmasından danışılıb.
“ABŞ rəsmisi ilə keçirilən görüşdə Qarabağda müharibədən sonra yaranmış humanitar vəziyyət müzakirə olunub. Ermənistan XİN rəhbəri Azərbaycanda saxlanların (diversant-terrorçular) şəxslərin qaytarılması, Azərbaycanın nəzarəti altında olan Qarabağ ərazilərində erməni dini və tarixi-mədəni abidələrin qorunmasının zəruriliyini qeyd edib”, - deyə XİN-in məlumatında bildirilib.
ABŞ diplomatı ilə görüşdə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Andrev Şofer də iştrirak edib.