ABŞ Qəzzada girovları axtarmaq üçün pilotsuz təyyarələrdən istifadə edib

Dünya

03.11.2023 - 11:29

cedabet dərman SEO Xidməti

Reuters: ABŞ pilotsuz təyyarələri Qəzza üzərində uçur və HƏMAS-ın saxladığı girovları axtarır

Oktyabrın 7-də İsrailə hücum zamanı Fələstinin HƏMAS hərəkatı tərəfindən girov götürülənlərin axtarışı üçün ABŞ-ın kəşfiyyat pilotsuz təyyarələri Qəzza zolağı üzərində uçuşlar həyata keçirir. AYNA xəbər verir ki, bu barədə “Reuters” ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Mənbələrdən birinin dediyinə görə, ABŞ bir həftədir ki, pilotsuz təyyarələrdən istifadə edir. Vaşinqton hesab edir ki, Qəzza zolağında itkin düşən 200-dən çox girov arasında on amerikalı da ola bilər. Amerika tərəfi hesab edir ki, HƏMAS onları geniş tunellər şəbəkəsində saxlayır.

Bundan əvvəl HƏMAS-ın əlində olan iki ABŞ vətəndaşı, bir ana və qızı Qəzza zolağının İsraillə sərhədinə aparılıb. Azad edilən qadınlar hərbi bazaya aparılaraq ailələrinə qovuşublar.

Oktyabrın 23-də HƏMAS-ın Qəzza zolağından daha iki girovu azad etdiyi məlum olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş