ABŞ Qəzzada atəşkəsə nəzarət etmək üçün qoşun göndərəcək

Dünya

10.10.2025 - 15:06

“200-ə qədər Amerika əsgəri İsraildə sülh sazişinə nəzarət etmək tapşırığı alacaq”

Artıq Yaxın Şərqdə yerləşdirilən ABŞ qoşunları beynəlxalq missiya çərçivəsində Qəzza zolağında atəşkəs rejiminə nəzarət edəcək. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt məlumat verib.

O ABŞ-ın Yaxın Şərqə 200 hərbçi göndərəcəyi ilə bağlı mediada yayılan xəbərləri “qeyri-dəqiq və kontekstdən kənar” adlandırıb.

"Aydın olmaq üçün: CENTCOM-da (əməliyyat sahəsinə əsasən Yaxın Şərq və Şimali Afrikanı əhatə edən ABŞ Mərkəzi Komandanlığı) artıq yerləşdirilmiş 200-ə qədər Amerika əsgəri İsraildə sülh sazişinə nəzarət etmək tapşırığı alacaq. Onlar orada yerləşən digər beynəlxalq qüvvələrlə əməkdaşlıq edəcəklər", - Leavitt bildirib.

Bundan əvvəl “Associated Press” agentliyi ABŞ administrasiyasındakı mənbələrə istinadən xəbər vermişdi ki, Birləşmiş Ştatlar Qəzza zolağında atəşkəs rejiminə dəstək vermək və nəzarət etmək üçün İsrailə təxminən 200 hərbçi yerləşdirəcək. Agentliyin mənbələrinə görə, Amerika rəhbərliyi İsraildə Qəzza zolağına humanitar yardımların çatdırılmasını tənzimləyəcək və “logistika və təhlükəsizlik yardımı” göstərəcək “hərbi-mülki koordinasiya mərkəzi” yaradacaq.

Məsələ ilə bağlı məlumat verən Amerika ordusu birbaşa Fələstin anklavının özündə yerləşdirilməyəcək.

“Reuters” mənbələrinin məlumatına görə, beynəlxalq missiyaya Misir, Qətər, Türkiyə və ola bilsin ki, BƏƏ-dən olan hərbçilər daxil olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş