ABŞ Qəzza Sülh Şurasının tərkibini açıqlayıb: Tramp sədridir

Dünya

17.01.2026 - 14:27

Sülh Şurasına yeddi üzv təyin edilib

Qəzza zolağındakı münaqişənin həlli üçün yaradılan Sülh Şurasına yeddi üzv təyin edilib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, ABŞ Prezidenti Donald Tramp Şuraya sədrlik edəcək.

Ağ Evin açıqlamasına görə, Sülh Şurasına aşağıdakılar daxildir:

ABŞ dövlət katibi Marko Rubio;

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff;

Donald Trampın kürəkəni Cared Kuşner;

Amerikalı milyarder Mark Rouen;

ABŞ Milli Təhlükəsizlik Müşavirinin müavini Robert Qabriel;

Böyük Britaniyanın keçmiş Baş naziri Toni Bler;

Dünya Bankının prezidenti Ajay Banqa.

Ağ Evin açıqlamasında deyilir: "İcra Şurasının hər bir üzvü Qəzzanın sabitləşməsi və uzunmüddətli uğuru üçün vacib olan müəyyən bir sahəyə, o cümlədən idarəetmə potensialının inkişafı, regional münasibətlər, yenidənqurma, investisiya təşviqi, genişmiqyaslı maliyyələşdirmə və kapital səfərbərliyinə nəzarət edəcək."

ABŞ-ın İsraildəki səfirinin keçmiş müşaviri Arye Laytstoun və ABŞ Federal Satınalma Xidmətinin komissarı Coş Qruenbaum Sülh Şurasının baş müşavirləri təyin ediliblər. Onlar "gündəlik strategiya və əməliyyatlar, eləcə də Şuranın mandatının və diplomatik prioritetlərinin intizamlı icraya çevrilməsi" üçün məsuliyyət daşıyacaqlar.

Bundan əlavə, Qəzza İdarəetməsi üzrə Milli Komitə (NCAG) yaradılıb. Bu Komitə anklavın daxili işləri ilə məşğul olacaq. Fələstinli siyasətçi Əli Əbdül Həmid Şaat onun rəhbəri təyin edilib. Qəzza üzrə Ali Nümayəndə təyin edilən bolqarıstanlı diplomat Nikolay Mladenov isə Sülh Şurası ilə Milli Komitə arasında əlaqələndirici təyin edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş