ABŞ Prezidenti: “İranın nüvə potensialı yoxdur”

Dünya

03.11.2025 - 13:51

Donald Tramp İranın hazırda nüvə potensialına malik olmadığını iddia edir

ABŞ Prezidenti Donald Tramp İranın hazırda nüvə potensialına malik olmadığını iddia edir.

AYNA.AZ xəbər verir ki, bu barədə Amerika lideri “CBS News”a verdiyi müsahibədə deyib.

"Xeyr, onların nüvə potensialı yoxdur", - deyə Tramp qeyd edib

Bir müddət əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, İslam Respublikası rəhbərliyi uranı dinc məqsədlər üçün zənginləşdirməyə davam etmək niyyətindədir və raket proqramının gələcəyi ilə bağlı hər hansı müzakirəni istisna edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş